Azərbaycan Respublikasının Prezidenti
![]()
"Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir."
2018-ci ilin oktyabr ayından etibarən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası (AzTV) ilə birgə telelayihəsi olan “Multikulturalizm” verilişinə start verilmişdir. Veriliş ayda iki dəfə olmaqla 30 dəqiqə həcmində hazırlanır. Verilişlərdə BBMM-in fəaliyyəti - görülən işlər, həyata keçirilən layihələrlə yanaşı, bütövlükdə Azərbaycanın multikulturalizm siyasəti öz əksini tapır. Bu günə qədər media və multikulturalizm, azərbaycanlıların soyqırımı, tolerantlıq günü, Bakı prosesi, VI Bakı Beynəlxalq Humanitar Forumu, Qafqaz Albaniyası və udilər, həmrəylik, şəhidlik, habelə, bir çox digər mövzularda onlarla yerli və xarici qonağın iştirakı ilə 40-a yaxın veriliş təqdim olunub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası ilə birgə layihəsi olan “Multikulturalizm” verilişinin ikinci buraxılışı.Bakı prosesinin 10 illiyi və VI Bakı Beynəlxalq Humanitar Forumuna həsr olunan verilişin qonaqları Mədəniyyət Nazirliyi Aparat rəhbərinin müavini, Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aytən Qəhrəmandır.
Verilişdə multikulturalizmin mahiyyəti, Azərbaycan multikulturalizm modeli haqda söhbət aparıldı. İlk verilişin qonaqları Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov oldu.