Azərbaycan Respublikasının Prezidenti
![]()
"Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir."
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycandakı tolerant və multikultural mühitin, eləcə də bütövlükdə mədəni və dini müxtəlifliklərin qorunması, təbliği və tədqiqi istiqamətində yerli və beynəlxalq səviyyəli konfranslar,dəyirmi masalar, görüşlər və seminarlar keçirir. Bu tədbirlərdə Azərbaycanın və xarici ölkələrin tanınmış mütəxəssisləri, alim və ziyalılar iştirak edirlərBakı Beynəxalq Multikulturalizm Mərkəzinin ölkədaxili və xaricində təşkil etdiyi dəyirmi masalar
Almaniya Müsəlmanları Mərkəzi Şurasının prezidenti Ayman Matsyek Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.
İndoneziyanın İslam Təşkilatı “Nahdlatul Ulama”nın nümayəndə heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.
ABŞ-ın Yuta ştatındakı "İsa Məsihin Son Zaman Müqəddəsləri Kilsəsi"nin rəhbəri Devid Bednarın başçılıq etdiyi nümayəndə heyəti Bakı Beynəlxalq Multukulturalizm Mərkəzində olub.
Özbəkistanın Urgenç Dövlət Pedaqoji İnstitutunun nümayəndə heyəti Multikulturalizm Mərkəzinin qonağı olub.
İsraildə Dağ Yəhudiləri Assosiasiyasının rəhbəri Multikulturalizm Mərkəzində olub
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin son illərdə çap olunan nəşrləri Xaçmazda təqdim edilib
Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın ölkəmizdə yaşayan və fəaliyyət göstərən etnik icmaların rəhbərləri ilə görüşü keçirilib.
ABŞ-ın Yuta ştatında səfərdə olan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bir sıra mühüm görüşlər keçirib.
Azərbaycan Dillər Universitetinin tərəfdaşlıq etdiyi yay məktəbinin iştirakçıları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olublar.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Avropa Ravvinləri Konfransının icraçı direktoru Qadi Qroniçlə görüşüb.
Çilinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Fidel Koloma Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Azərbaycanda səfərdə olan Kanada nümayəndə heyəti ilə görüş keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ili Azərbaycanda “Şuşa İli” elan etməsi çərçivəsində mayın 25-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) Şuşa şəhərində “Şuşa birliyimizin rəmzidir” adlı dəyirmi masa keçirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ili Azərbaycanda “Şuşa İli” elan etməsi çərçivəsində mayın 25-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Şuşa şəhərində “Şuşa birliyimizin rəmzidir” adlı dəyirmi masa keçirib.
G20 Dinlərarası Forum regional hazırlıq iclası çərçivəsində “Prioritet qlobal məsələlər üzrə multikultural perspektivlər” mövzusunda baş tutan beynəlxalq konfransın iştirakçıları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin qonağı olublar.
Mayın 18-də G20 Dinlərarası Forum Regional Hazırlıq İclası çərçivəsində “Prioritet Qlobal Məsələlər üzrə Multikultural Perspektivlər” adlı beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Stirling Fondunun prezidenti Edvard Rou (ABŞ) və Yetmişlər Kvorumu, İsa Məsihin Son Zamanlar Müqəddəsləri Kilsəsinin nümayəndəsi Erix V.H.Kopişke (ABŞ) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovla görüşüb.
Mayın 17-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Vyana Yəhudi icmasının ravvini və Ştiriya əyalətinin paytaxtı Qratsın baş ravvini Şlomo Hofmeyster (Schlomo Hofmeiter) ilə görüşüb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Ümummilli lider Heydər Əliyevin 99 illiyi münasibəti ilə “Heydər Əliyev və Azərbaycan multikulturalizmi” mövzusunda konfrans keçirilib.
Martın 15-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə "Mənəvi intibah" filminin təqdimatı keçirilib. Tədbiri açan Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov "Mənəvi intibah" sənədli filmi haqqında məlumat verib. Bildirib ki, filmdə insanların dəyərlərdən uzaqlaşdıqca mənəviyyatlarında böhran baş verməsindən, dinin siyasiləşdirilməsinin fəsadlarından, insanlığın, bəşəriyyətin böhranlardan, müharibələrdən, eləcə də digər qlobal və regional kataklizmlərdən xilas yolunun mənəvi intibahdan keçməsindən, xüsusilə hazırda dünyada mövcud olan mənəvi böhrandan çıxış yolu, o cümlədən bir “yol xəritəsi” kimi Azərbaycanda formalaşmış multikultural, tolerantlıq, birgəyaşayış ənənələrindən bəhs edilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib. Tarixçi alimlərin, milli icma rəhbərlərinin və Xocalı sakinlərinin iştirak etdikləri tədbirdə Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.