Azərbaycan Respublikasının Prezidenti
![]()
"Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir."
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycandakı tolerant və multikultural mühitin, eləcə də bütövlükdə mədəni və dini müxtəlifliklərin qorunması, təbliği və tədqiqi istiqamətində yerli və beynəlxalq səviyyəli konfranslar,dəyirmi masalar, görüşlər və seminarlar keçirir. Bu tədbirlərdə Azərbaycanın və xarici ölkələrin tanınmış mütəxəssisləri, alim və ziyalılar iştirak edirlər
ABŞ-ın Los-Anceles şəhərinin bir qrup dini icma rəhbəri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub. Görüşdə Mərkəzin icraçı direktoru Rəvan Həsənov Prezident İlham Əliyevin yürütdüyü uğurlu multikulturalizm siyasəti, Azərbaycan multikulturalizmi modelinin üstünlükləri, “Bakı prosesi”, eləcə də rəhbərlik etdiyi qurumun yeddiillik fəaliyyəti dövründə həyata keçirilən layihələr və 10 ölkədə fəaliyyət göstərən filiallarının fəaliyyəti haqqında geniş məlumat verib.
Tədbirdə, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov 11-15 sentyabr tarixlərində İtaliyanın Bolonya şəhərində keçirilən G20 Sammitinin Dinlərarası Dialoq Forumunda iştirak edib.
Forumda ölkəmizi Azərbaycanın dini konfessiya rəhbərlərinin təmsil olunduğu nümayəndə heyətinin rəhbəri qismində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə və mədəniyyət naziri Anar Kərimov təmsil edirlər.
Ukraynanın Müstəqillik Gününün 30-cu ildönümü münasibətilə Azərbaycanın Ukrayna Konqresi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birlikdə təntənəli tədbir keçirib.
Bu gün Nərimanov rayonunda yerləşən 47 saylı orta məktəbin bir qrup yuxarı sinif şagirdi məktəb direktoru Aytən Bağırova və müəllimə Aybəniz Rüstəmovanın müşaiyəti ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin qonağı olub.
18 oktabr 2020-ci il tarixində Hindistanın Şri Şri Universitetində Azərbaycanın Müstəqillik Günü münasibətilə video konfrans keçirilib
Forumda Bakı Beynəlxalq Multkulturalizm Mərkəzinin əməkdaşı Rəhim Rəhimov “Sosial media azlıqlara qarşı yönəlmiş nifətin təbliği ilə mübarizədə pozitiv təşəbbüslər” mövzusunda çıxış edib
Multikulturalzm Mərkəzinin tədris şöbəsinin müdiri İrina Kunina Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universitetinin Filologiya İnstitutunun türkologiya kafedrasının tələbələri üçün "Azərbaycan multikulturalizmi modeli" mövzusunda mühazirə oxuyub.
ABŞ-ın nüfuzlu ali təhsil müəssisələrindən biri olan və Yuta ştatında yerləşən Brigham Young Universitetində (BYU) Azərbaycanın multikulturalizm və dinlərarası tolerantlıq ənənələrinə dair müzakirələr keçirilib
ABŞ-ın nüfuzlu beyin mərkəzlərindən olan, Yuta ştatında yerləşən Sutherland İnstitutunda martın 9-da Yuta ştatında səfərdə olan Azərbaycan nümayəndə heyətinin iştirakı ilə Azərbaycanın multikulturalizm və dini tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir keçirilib
Bəyannamənin qəbul edildiyi plenar iclasda Azərbaycan nümayəndə heyəti iştirak edib
Holon Texnologiya İnstitutu, “İsraildə Azərbaycan Evi” və Heydər Əliyev Fondu "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində Xocalıda soyqırımı aktının 28-ci ildönümü günündə "Azərbaycanın geosiyasi reallığı və Cənubi Qafqaz: tarix və perspektivlər" mövzusunda birgə elmi-praktik konfrans keçiriblər.
Daha sonra Xorvatiya Gənc Müsəlmanlar Assosiasiyasının prezidenti, Bakı Beynəlxalq Multikulturalizm Yay və Qış Məktəblərinin iştirakçısı İmran Srebrenikoviç çıxış edib.
Tədbir dini və milli zəmində təqiblərin azaldılması, dini azadlıqların tam şəkildə təmin edilməsi mövzusuna həsr olunub.
Tədbir universitetin kitab evində baş tutub. Müzakirədə unversitetin elmi işlər üzrə prorektoru Rauf Əliyarov, kitab evinin direktoru Səlahət Mahmudova, BBMM-in şöbə müdirləri Rəşad İlyasov, Yadigar Məmmədli, dərsliyin həmmüəllifləri Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Rəfi Qurbanov, BBMM-in məsləhətçisi Rəhim Rəhimov, eləcə də ali təhsil ocağının professor, müəllim və tələbə heyəti iştirak ediblər.
Dekabrın 24-də, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Dillər Universitetinin (ADU) birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatı keçirilib.
30 ölkədən 80-dək nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycanı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Araz Qurbanov təmsil edib.
Tədbirdə Azərbaycanın Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov, Zaqreb Universitetinin rektoru professor Damir Boras və BBMM-in Xorvatiyadan olan gənc səfiri, Beynəlxalq Multikulturalizm Yay və Qış Məktəblərinin iştirakçısı İmran Srebrenikoviç çıxış ediblər.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı elan etdiyi qrant müsabiqəsinə dair məlumatlandırma sessiyası təşkil olunub.