Azərbaycanın xarici ölkələrdəki dostları Vətənimizin haqq səsinə səs verərək, Ermənistanın Azərbaycana qarşı növbəti təxribatını pisləməyə davam edirlər
Azərbaycanın xarici ölkələrdəki dostları Vətənimizin haqq səsinə səs verərək, Ermənistanın Azərbaycana qarşı növbəti təxribatını pisləməyə davam edirlər. Onlar Azərbaycan-Ermənistan sərhəddində - Tovuzda baş verənlərə etiraz edərək, sosial şəbəkələrdə və yerli mətbuatda öz fikirlərini kəskin şəkildə ifadə etməyə çalışırlar.
"Global Compassion" təşkilatının təsisçisi və prezidenti Klement Avanfe Ngueto (Kamerun), Paraqvayın Vaşinqtondakı eks ticarət attaşesi Dr. Blas Oddone, yaponiyalı biznesmen İşida Kazuyasu və digərləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək, Tovuz rayonu istiqamətində hücumlarda baş verənlərdən narahatlıqlarını bildirirlər.