Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları qanvermə aksiyasında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına dəstək məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları bir qayda olaraq qanvermə aksiyasında iştirak edirlər.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının artırılmasına dəstək çağırışına uyğun olaraq aprelin 24-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları da bu nəcib və humanist xarakterli qanvermə aksiyasında iştirak ediblər.