Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan Televiziyası ilə birgə layihəsi olan “Multikulturalizm” verilişinin üçüncü buraxılışı yayımlandı.

Humanitar Forumuna həsr olunan verilişin qonaqları Hindistanın “Art of Living” Fondunun mənəvi rəhbəri Şri-Şri Ravi Şankar və İtaliyanın Link Kampus Universitetinin professoru Alesandro Fiqusdur.