Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Yuta Ştatının Senat sədri Adam Stüart ilə görüşüb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Yuta Ştatının Senat sədri Adam Stüart ilə görüşüb.
 Rəvan Həsənov görüşdə bildirib ki, Azərbaycan əsrlərdən bəri müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin dinc və qarşılıqlı hörmət şəraitində yaşadığı nadir məkanlardan biridir. Tarix boyu bu torpaqlarda müxtəlif dinlərin, etnik icmaların və mədəniyyətlərin nümayəndələri qarşılıqlı hörmət və sülh şəraitində yaşayıb. Bu gün də ölkəmizin dövlət siyasətinin əsas istiqamətlərindən biri multikulturalizm və dinlərarası dialoqun təşviqidir. O, vurğulayıb ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu dəyərlərin dünyada tanıdılması, müxtəlif ölkələrlə elmi, mədəni və ictimai əlaqələrin genişləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir.
Rəvan Həsənov həmçinin ABŞ-ın müxtəlif ştatlarında multikulturalizm, dinlərarası dialoq və tolerantlıq mövzusunda birgə layihələrin həyata keçirilməsinin önəmini qeyd edib. O, Yuta ştatının təhsil müəssisələri, beyin mərkəzləri və parlament strukturları ilə əməkdaşlıq imkanlarının genişləndirilməsinin hər iki tərəf üçün faydalı ola biləcəyini diqqətə çatdırıb.

Etiketlər