Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin kollektivi Zəfər parkını ziyarət edib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin kollektivi 27 Sentyabr - Anım Günü ilə əlaqədar olaraq Zəfər parkını ziyarət edib, Zəfər abidəsi önünə gül dəstələri qoyub, ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.