Mədəniyyət TV “Vətənə bağlı” sənədli filminin təqdimatı mərasimindən videosüjet hazırlayıb

Mədəniyyət televiziyası “Vətənə bağlı” sənədli filmininin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində keçirilən təqdimatı mərasimindən videosüjet hazırlayıb. Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayevə həsr keçirilib. Film Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayevə həsr olunub. Sənədli film Milix Yevdayevin Vətənə olan dərin sevgisini, onun cəmiyyətə və milli-mənəvi dəyərlərə xidmətini tamaşaçılara çatdırmağı hədəfləyir. Filmdə onun şəxsi keyfiyyətləri, Vətənə sədaqəti, dini və milli icmalar arasında qurduğu səmimi münasibətlər, eləcə də Azərbaycanın tolerantlıq ənənələrinin möhkəmlənməsində oynadığı rol xüsusi vurğulanır.