Yaponiyada Azərbaycan multikulturalizminin tədrisi davam edəcək

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə Hokkaydo Universiteti Slavyan Avrasiya Araşdırmalar Mərkəzində Azərbaycan multikulturalizmi fənninin tədrisini davam edir. Dərslər oktyabrın 2-də başlanacaq və dekabrın 25-dək onlayn formatda keçiriləcək. Mühazirələr Azərbaycanın tarixini, mədəniyyətini, sosial-iqtisadi inkişaf siyasətini multikultural baxımdan əhatə edəcək. Fənni Hokkaydo Universitetində konfliktologiya elmləri üzrə PHD təhsili almış yaponşünas alim Əlibəy Məmmədov tədris edir. Xatırladaq ki, Yaponiyanın ən nüfuzlu 5 universitetindən biri olan Hokkaydo Universitetində Azərbaycanın multikulturalizm modeli ilə bağlı müntəzəm dərslərə 2017-ci ildən start verilib. Dərslər yapon dilində keçirilir. Hər il ən fəal tələbələr Beynəlxalq Multikulturalizm Yay və Qış məktəblərində iştirak etmək, Azərbaycana səyahət etmək hüququ qazanırlar.