Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi insanları Ramazan bayramı münasibətilə xalqımızı təbrik edir

İnsanların qəlbini və ruhunu ilahi hikmətlə nurlandıran Ramazan bayramı cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmət duyğularının təntənəsini nümayiş etdirir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağıran, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edən bu mübarək bayram münasibətilə xalqımızı təbrik edir, xoşbəxtlik, bol ruzi və xeyir-bərəkət arzulayır.