Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan esse müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan esse müsabiqəsi elan edir. "Liderlik fenomeni Heydər Əliyev" mövzusundakı müsabiqədə Kiyev ali məktəblərinin türkologiya, şərqşünaslıq, beynəlxalq münasibətlər kafedralarının tələbələri iştirak edə bilərlər.Müsabiqə aprelin 15-dən 30-dək davam edəcək. Yazılar 2 dildə qəbul olunur: Ukrayna və Rus. (Həcmi: 2 səhifə, format: Word, şrift: Times New Roman, şrift ölçüsü: 14 (standart A4 səhifə - boşluqları olan 1800 simvol).