Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aprel ayından etibarən yeni beynəlxalq elmi jurnalı ingilis dilində işıq üzü görəcək

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aprel ayından etibarən yeni beynəlxalq elmi jurnalı ingilis dilində işıq üzü görəcək. İldə iki dəfə - aprel və oktaybr aylarında nəşr olunacaq jurnalın saytı (bimc-ijm.com) artıq fəaliyyət göstərir. Bütün beynəlxalq standartlara cavab verən jurnal regionda bu istiqamətdə ilk elmi nəşr olacaq. Elmi nəşrin redaksiya heyəti bu sahədə tanınmış xarici mütəxəssislərdən formalaşıb. BBMM-in yeni jurnalında elmi məqalələrlə çıxış etmək istəyən araşdırmaçı alimlər yazılarını bimc-ijm.com ünvanına göndərə bilərlər. Daha ətraflı məlumatı jurnalın saytından da almaq mümükündür.