Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ingilis dilində yeni elmi jurnal nəşr edir

Cari ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ingilis dilli yeni “International Journal of Multiculturalism” adlı elmi jurnalı nəşr ediləcək. İldə iki dəfə - aprel və oktyabr aylarında işıq üzü görəcək elmi jurnalın saytı artıq fəaliyyətə başlayıb. Multikulturalizm sahəsində elmi araşdırmalar aparan alim və mütəxəssislər əsərlərini sayta təqdim edə bilərlər.