Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycanın Argentinadakı Səfirliyinin və La Plata Universiteti nəzdində Azərbaycanşünaslıq kafedrasının birgə təşkilatçılığı ilə seminar təşkil edilib.

BBMM-in əməkdaşi, filologiya üzrə fəlsəfə doktoru İrina Kunina ölkəmizdəki etno-mədəni və konfessional müxtəliflik, eləcə də multikulturalizmin Azərbaycanda dövlət siyasəti müstəvisində həyata kecirilməsi, mədəniyyətlərarası və dinlərarası dialoqda oynadığı qlobal rol haqda geniş məlumat verib. Tədbir müzakirələrlə davam edib.