Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin say həddinin, xərclər smetasının və ştat cədvəlinin təsdiq edilməsi haqqında
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin say həddinin, xərclər smetasının və ştat cədvəlinin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 167 nömrəli Fərmanının 3.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
- Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin say həddi 20 ştat vahidi təsdiq edilsin.
- “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Xərclər Smetası” təsdiq edilsin (1 nömrəli əlavə).
- “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli” təsdiq edilsin (2 nömrəli əlavə).
- Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin cari ildə saxlanılması üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə 250000 (iki yüz əlli min) manat məbləğində vəsait ayrılsın.
- Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur RASİ-ZADƏ
Bakı şəhəri, 24 oktyabr 2014-cü il
2014-cü il 24 oktyabr tarixli 357 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
1 nömrəli əlavə
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2014-cü il üçün
XƏRCLƏR SMETASI
Xərclərin iqtisadi təsnifatı |
Məbləğ (manat) |
Ştatda olan işçilərin əməkhaqqı |
24735 |
Ştatdankənar işçilərin əməkhaqqı |
3600 |
Əməyin ödənişi ilə bağlı sair pul ödənişləri |
8245 |
Dövlət Sosial Müdafiə Fonduna ayırmalar |
8047 |
Sair xərclər |
204573 |
Bank xərcləri |
800 |
Cəmi: |
250000 |