Rəvan Həsənov: Ulu Öndər Heydər Əliyev multikultural dəyərləri Azərbaycanın gələcəyi üçün önəmli xətt seçib

Multikulturalizm anlayışının coğrafiyamız üçün əhəmiyyəti böyükdür. Bu gün ayrı-ayrı bölgələrdə etnik münaqişələr baş verir. Azərbaycan çoxkonfessiyalı dövlətdir. Bunu qoruyub saxlamaq isə bizim üçün əsas hədəfdir.

Bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru Rəvan Həsənov akademik Kamal Abdullanın müəllifi olduğu "Heydər Əliyev və multikultural təhlükəsizlik" kitabının təqdimat mərasimində çıxış edərkən deyib.

R.Həsənov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin prezidentliyi dövründə gələcək üçün atdığı ən mühüm addımlardan biri Azərbaycanın tarixi ənənələrini qoruyub saxlamaqla bağlı idi. Ulu Öndər multikultural dəyərləri Azərbaycanın gələcəyi üçün önəmli xətt seçib. Lakin bu gün dünyada monoetnikliyi seçən dövlətlər də var. Belə dövlətlərdən biri də qonşu Ermənistandır.

Mərkəzin direktoru vurğulayıb ki, İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələri də iştirak edib və heç kim onlardan torpaqlarının azadlığı uğrunda mübarizə apararkən hansı etnik mənsubiyyətə malik olmasını soruşmayıb.

Etiketlər