Türkiyənin KADEM təşkilatının üzvləri Multikulturalizm Mərkəzinin qonağı olub
Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyənin KADEM (Qadın və Demokratiya) təşkilatının üzvləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin qonağı olub. Qonaqların Azərbaycana səfəri “Türkiyə-Azərbaycan Birliyi: Davamlı İnkişaf, yüksək səviyyəli idarəçilik və qadınların səlahiyyətlərinin artırılması ədalətin təminatı kimi” adlı layihə çərçivəsində təşkil olunan “Türkiyə-Azərbaycan Birliyi’nin zəfəri: Davamlı İnkişaf və qadın məsələləri” mövzusunda konfransda iştirakla bağlı olub.
Görüşdə BBMM-in icraçı direktoru Rəvan Həsənov qonaqlara Mərkəzin fəaliyyəti və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Görüşdə qarşılıqlı əməkdaşlıq və digər aktual məsələləri müzakirə edilib.