Mərkəzin “Multikulturalizm  elmi-tədqiqat müsabiqəsi-2021” müsabiqəsinin yekun tədqiqat işləri nəşr olunub

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2021-ci ilin iyul ayında yerli və xarici elmi-tədqiqatçılar üçün elan etdiyi “Multikulturalizm  elmi-tədqiqat müsabiqəsi-2021” müsabiqəsinin yekun tədqiqat işləri Mərkəz tərəfindən nəşr olunub. Qeyd edək ki, müsabiqəyə təqdim olunan araşdırmaların mövcud elmin prioritetlərinə uyğunluq dərəcəsi müəyyənləşdirilərək 3 elmi-tədqiqat işi qalib elan edilmişdi. Türkiyənin Manisa Celal Bayar Universitetinin dosenti Ülviyyə Sanılı Aydının ”Azərbaycan multikulturalizminin geosiyasəti”, Çin Xalq Respublikasının Vuksi Universitetinin dosenti Müddəssər Sərfrəzin “Multikultural mühitdə istehlakçıların istehlak obyektinə münasibətinə və satınalma niyyətinə yeni baxış” və Rumıniya Respublikasının Vasile Alecsandri" adına Bakau Universitetinin dosentləri Dr.Brindua-Mariana Amalancei və Dr.Andreia-Irina Suciunun “Mədəni müxtəlifliyin vacibliyi, miqrantlarla bağlı perspektivlərin formalaşdırılması: KİV-də irqçilik və mədəni müxtəliflik” adlı tədqiqat işləri müvafiq olaraq Türk və ingilis dillərində nəşr olunmuşdur. Gələcəkdə mütəmadi olaraq keçirilməsi planlaşdırılan müsabiqənin əsas məqsədi Azərbaycan multikulturalizm modelinin elmi müstəvidə öyrənilməsi üçün xarici dildə keyfiyyətli tədqiqat işlərinin sayını artırmaq, bu istiqamətdə tanınmış alimləri Mərkəzin fəaliyyətinə cəlb etməkdən ibarətdir.

Etiketlər