“Beynəlxalq Multikulturalizm Jurnalı”nın 2-ci sayı nəşr edilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “International Journal of Multiculturalism” (Beynəlxalq Multikulturalizm Jurnalı) adlı yeni beynəlxalq elmi jurnalının 2-ci sayı nəşr edilib. İldə iki dəfə ingilis dilində nəşr olunan jurnalın saytı (bimc-ijm.com) da fəaliyyət göstərir. Bütün beynəlxalq standartlara cavab verən “International Journal of Multiculturalism” jurnalı regionda bu istiqamətdə ilk elmi nəşr sayılır. Elmi nəşrin redaksiya heyəti bu sahədə tanınmış xarici mütəxəssislərdən formalaşıb. Jurnalın ikinci sayında bu sahədə tanınan bir sıra xarici araşdırmaçı alimlərin - Elizabeth J. SANDELL, David William PARRY, Hassen ZRIBA, Enrico L. JOSEPH, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayevin və digər müəlliflərin multikulturalizm mövzusunda məqalələri yer alıb. Qeyd edək ki, jurnalda elmi məqalələrlə çıxış etmək istəyən araşdırmaçı alimlər yazılarını bimc-ijm.com ünvanına göndərə bilərlər. “International Journal of Multiculturalism” jurnalın PDF variantı həm BBMM-in, həm də jurnalın saytında yerləşdirilr.

Etiketlər