Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 8-12 iyun tarixlərində “Multikulturalizmə giriş” və “Azərbaycan multikultiuralizmi” fənlərini tədris edən ali məktəb müəllimləri üçün videotreninqlər təşkil edir
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 8-12 iyun tarixlərində “Multikulturalizmə giriş” və “Azərbaycan multikultiuralizmi” fənlərini tədris edən ali məktəb müəllimləri üçün videotreninqlər təşkil edir. Bir həftə davam edəcək treninqlərdə Bakı Mühəndislik Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Pedoqoji Universiteti, Bakı Slavyan Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Bakı Xoreoqrafiya Akademiyası, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti və Gəncliyə Yardım Fondundan ümumilikdə 33 müəllim iştirak edəcək. Treninqlərdə "Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti”, “Multikulturalizmə liberalism və kommunitarizm yanaşmaları", "Dinin mahiyyəti və onun təzahür formaları. Müasir dövrdə din", "Qədim Türk İnancları”, "Etnik müxtəliflik və milli ideya", "Multikulturalizm etnik-mədəni müxtəlifliklərin tənzimlənməsinin səmərəli siyasət modeli kimi" və digər mövzularda mühazirələr təqdim olunacaq.