2019-cu ilin dekabr ayının 19-da və 21-də Çin Xalq Respublikasının Çonginq (Çunsin) şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 3-cü qeyri-hökümət forumu keçirilib.

2019-cu ilin dekabr ayının 19-da və 21-də Çin Xalq Respublikasının Çonginq (Çunsin) şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 3-cü qeyri-hökümət forumu keçirilib. 30 ölkədən 80-dək nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycanı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Araz Qurbanov təmsil edib. O, «Dövlətlərarası münasibətlərin və mədəniyyətlərarası dialoqun formalaşmasında AQEM-nın geosiyasi və regional əhəmiyyəti» mövzusunda məruzə ilə çıxış edib. Məruzədə üzv dövlətlər arasında siyasi, iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsində, dinlərarası və mədəniyyətlərarası dialoqun qurulmasında, lokal etnik və dini qarşıdurmaların, ərazi iddialarının aradan qaldırılmasında birgə fəaliyyətin zəruriliyindən, eyni zamanda, multikulturalizmin Azərbaycan modelindən bəhs olunub.

Etiketlər