Müasir dövrdə Azərbaycanda sosial-iqtisadi və mənəvi inkilafın harmoniyası – I Virtual Dəyirmi Masa
Redaksiyadan
Məlum olduğu kimi, ölkənin sosial-iqtisadi inkişafı onun mənəvi-mədəni inkişafına səbəb olan əsas amillərdən biridir. Digər tərəfdən, tarixi təcrübə göstərir kiŞ yüksək mənəvi-mədəni inkişaf səviyyəsinə malik olan hər bir ölkədə onun sosial-iqtisadi inkişafı üçün əlverişli zəmin yaranır. Müasir dövrdə sosial-iqtisadi inkişaf səviyyəsinə görə regionun lider dövlətinə, iqtisadi inkişaf templərinə görə isə dünyanın lider dövlətinə çevrilmiş Azərbaycanda eyni zamanda stabil mənəvi sıçrayış müşahidə olunmaqdadır. Ölkənin sosial-iqtisadi inkişafına qlsqanclıqla yanaşanlar onun bu sahədə əldə etdiyi nailiyyətlərdə mənəvi faktorun, xalqımızın yüksək mənəvi-mədəni dəyərlərinin rolunu görmürlər və yaxud görmək istəmirlər.Onlar Azərbaycandakı sosial-iqtisadi inkişafı yalnız onun zəngin karbohidrogen resurları ilə əlaqələndirirlər və bu inkişafda mənəvi faktorun rolunu inkar edirlər.Bu həqiqətənmi belədir?İqtisadi inkişaf hər şeydən təcrid olunmuş şəkildə, bir növ, << vakuumda >> baş verə bilərmi?
Yerli və xarici eksperlərin iştirakı ilə “Müasir dövrdə Azərbaycanda sosial-iqtisadi və mənəvi inkişafın harmoniyası” mövzusunda təşkil olunan virtual dəyirmi masada bu suallara cavab axtarılır və Azərbaycan sosial-iqtisadi inkişafı ilə mənəvi inkişafı arasındakı münasibət müzakirə olunur.