14158939302942055275_750x500Azərbaycanın 9 rayonunda 16 noyabr Beynəlxalq Tolerantlıq Günü münasibətilə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusunda dəyirmi masalar təşkil edilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları bu sahə üzrə ekspertlərlə birlikdə Azərbaycan Respublikasının Qazax, Qax, Zaqatala, İsmayıllı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Astara rayonlarında və Sumqayıt şəhərində yerli milli etnik və dini icma nümayəndələrinin iştirak etdiyi toplantılarda ölkəmizin çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələrinin tarixi kökləri, müasir vəziyyəti barədə müzakirə aparıblar.