Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin və Axısxa Türkləri İcmasının Bəyənatı

Azərbaycanda yaşayan Axısxa türkləri olaraq mənfur Ermənistan hakimiyyətinin Azərbaycan torpaqlarına qarşı törətdiyi təcavüzünü siddətlə qınayırıq. Hər zaman olduğu kimi Vətən torpaqlarımızın təhlükədə olduğu bu günlərdə də Azərbaycanda yaşayan bütün Axısxa türkləri torpaqlarımızın müdafiəsinə hazır olduğumuzu bəyan edirik.

Hal-hazırda belə ordu sıralarında yüzlərlə Axısxa türkü zabit və əsgərlər xidmətlərini şərəflə yerinə yetirirlər. Qeyd edək ki, 1990-cı illərdən başlayaraq Vətənimizin ərazi bütövlüyü uğrunda 85 şəhid və yüzlərlə qazisi olan Axısxa türklərinin döyüş meydanlarında düşmənə qorxu salan igidləri olmuşdur. Onlardan biri də Azərbaycanın Milli Qəhrəmanı Axısxa türkü İskəndər Aznaurovdur(Topçu İskəndər).

İllərdir Azərbaycan türkləri ilə bərabər dostluq və qardaşlıq şəraitində çiyin çiyinə yaşayırıq. Qeyd edək ki, Azərbaycan Axısxa türklərinə hər zaman dəstək olmuş, sürgünlər görmüş millətimizə daim sahib çıxmışdır. Bunun üçün biz Axısxa türkləri Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin Vətənimizin ərazi bütövlüyü uğrunda apardığı siyasəti dəstəkləyir və döyüşə hər zaman hazır olduğumuzu bildiririk.

Azərbaycanda Yaşayan Axısxa Türkləri Vətən İctimai Birliyi

İdarə Heyətinin və İcmanın Sədri İsmayıl Rəhimov

Etiketlər