ABŞ-da Azərbaycan multikulturalizmindən danışılıb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ filialının rəhbəri Janna Skott və ABŞ Qadın Liderlik İnstitutunun ravvini Elana Kanterin birgə təşkilatçılığı ilə "Multikulturalizm təhlükəsizliyin və barışın açarıdır" mövzusunda videokonfrans keçirilib. Onlayn konfransda J. Skott Azərbaycanda əsrlərdən bəri formalaşan multikulturalizm ənənələri və hazırda multikulturalizmin dövlət siyasətinin əsas istiqamətlərindən biri olması barədə ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıb. Videokonfransda pandemiya dönəmində müxtəlif qruplar üçün bu tipli onlayn kursların təşkil edilməsi qərara alınıb

Etiketlər