1. Ümumi müddəalar

 

1.1. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (bundan sonra – Mərkəz) azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin edən, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdan və mövcud multikultural modelləri tədqiq və təşviq edən qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir.

1.2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını, Azər- baycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Preziden- tinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Nizamnaməni rəhbər tutur.

1.3. Mərkəz bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət, yerli özünüidarəetmə orqanları, kütləvi informasiya vasitələri, yerli və xarici təşkilatlarla, ictimai və beynəlxalq qurumlarla qarşılıqlı fəaliyyət göstərir.

1.4. Mərkəzin müstəqil balansı, xəzinə və bank hesabları, istifadəsində olan dövlət əmlakı, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, ştamp və blankları vardır.

1.5. Mərkəzin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti və bu Nizamnamədə nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Mərkəz Bakı şəhərində yerləşir.

1.7. Mərkəz illik fəaliyyətinin nəticələri barədə Azərbaycan Respublikasının Prezidentinə hesabat təqdim edir.

 

  1. Mərkəzin əsas məqsədi və vəzifələri

 

2.1. Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtə- lifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək Mərkəzin əsas məqsədidir.

2.2. Mərkəzin əsas vəzifələri aşağıdakılardır:

2.2.1. multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin mə- dəni, sosial, siyasi mahiyyətini öyrənmək və təbliği mexanizmini hazırlamaq;

2.2.2. Azərbaycan Respublikasında mədəni-etnoqrafik müxtəlifliyin azərbaycançılığın inkişafına xidmət göstərməsi yollarını müəyyənləşdirib gerçəkləşdirmək;

2.2.3. Azərbaycan Respublikasında mədəni, dini müxtəlifliyin tolerant əsaslarının elmi təhlilini aparmaq və qorunub saxlanması yollarını müəyyənləşdirmək;

2.2.4. müxtəlif bölgələrə aid mədəni irsi öyrənmək, onların müasir dövrdə ahəngdar inkişafının təmin edilməsinə, vətəndaş cəmiyyətinin potensialından istifadə edərək tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanması prosesinə dəstək vermək;

2.2.5. multikultural həyatda müxtəlif bölgələrə aid mədəniyyətlərin bir-birinə təmas dərəcəsini öyrənmək və təşviq etmək;

2.2.6. aidiyyəti elmi qurumlarla əlaqəli şəkildə Azərbaycan Respublikasının müxtəlif bölgələrində qədim mədəniyyət izlərini axtarmaq (arxeoloji tədqiqatları “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraqtəşkil etmək), mədəni, etnoqrafik irsin toplanıb elmi şəkildə öyrənilməsini və qorunmasını həyata keçirmək;

2.2.7. təhsil, mədəniyyət, elm və digər sosial sahələrdə özünü göstərən, şəxsiyyətin mənəvi bütöv- lüyünün həmahəng inkişafına mane olan müəyyən çatışmazlıqların sistemli şəkildə aradan qaldırılması istiqamətində layihələr gerçəkləşdirmək;

2.2.8. müxtəlif dinlərə mənsub gənc din xadimlərinin peşəkar dini, dünyəvi biliklərinin artırılması

istiqamətində tədbirlər həyata keçirmək;

2.2.9. Azərbaycan Respublikasının multikultural nailiyyətlərinin beynəlxalq mütəxəssislər tərə- findən öyrənilərək xarici ölkələrdə təbliğini təmin etmək;

2.2.10. şəxsiyyətin saflaşmasında, xalqlararası, dinlərarası qarşılıqlı hörmət və etimad münasibət-

lərinin yaranmasında xüsusi xidməti olan görkəmli yerli və xarici ölkə vətəndaşlarının qiymətlən- dirilməsi, təşviq edilməsi mexanizmini hazırlayıb həyata keçirmək;

2.2.11. multikulturalizm üzrə dünya mütəxəssislərinin, eyni zamanda keçmiş və müasir siyasi,

ictimai, elm, mədəniyyət, incəsənət xadimlərinin şəxsi təcrübələrini təhlil etmək və yaymaq;

2.2.12. bu Nizamnaməyə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.

 

  1. Mərkəzin hüquqları

 

3.0. Mərkəz öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

3.0.1. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar

(sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.0.2. Azərbaycan Respublikasının ərazisində və xaricdə filiallar açmaq və nümayəndəliklər ya- ratmaq;

3.0.3. dövlət və yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslərlə əməkdaşlıq etmək;

3.0.4. “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edil- məsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, beynəlxalq əməkdaşlığı həyata keçirmək;

3.0.5. məqsədinə uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;

3.0.6. müstəqil ekspertləri və mütəxəssisləri komissiyalar şəklində öz işinə cəlb etmək, təhlillər, tədqiqatlar və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

3.0.7. məqsədinə uyğun kurslar, seminarlar, dəyirmi masalar, görüşlər, sərgilər, müsabiqələr təşkil

etmək, festivallar, konfranslar, xeyriyyə marafonları və digər mədəni-kütləvi tədbirlər keçirmək;

3.0.8. məqsəd və fəaliyyəti barədə məlumatı sərbəst yaymaq, kütləvi informasiya vasitələri, o

cümlədən, virtual məkanda televiziya proqramları və müvafiq internet saytları yaratmaq;

3.0.9. bu Nizamnaməyə uyğun olaraq digər hüquqları həyata keçirmək.

 

  1. Mərkəzin vəsaitinin formalaşdırılması və ondan istifadə

 

4.1. Mərkəzin vəsaiti aşağıdakı mənbələr hesabına formalaşdırılır:

4.1.1. Azərbaycan Respublikasının dövlət büdcəsindən ayırmalar;

4.1.2. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respubli- kasının Qanununa uyğun olaraq könüllü ianələr;

4.1.3. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qrantlar;

4.1.4. səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividendlər, gəlirlər;

4.1.5. sərgilərdən, konsertlərdən və məqsədinə uyğun digər tədbirlərdən əldə etdiyi gəlirlər;

4.1.6. təsis etdiyi təşkilatların fəaliyyətindən əldə olunan gəlirlər;

4.1.7. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respub- likasının Qanununda nəzərdə tutulmuş digər mənbələr.

4.2. Mərkəz sərəncamındakı vəsaitdən bu Nizamnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamət-

lərinə uyğun istifadə edir.

4.3. Maliyyə ilinin sonuna Mərkəzin hesabında qalan vəsait növbəti ilin xərclərinin maliyyələş- dirilməsinə yönəldilir.

4.4. Mərkəzin vəsaitindən istifadə haqqında məlumat hər maliyyə ilinin sonunda kütləvi infor- masiya vasitələrində dərc edilir.

 

  1. Mərkəzin idarə edilməsi

 

5.1. Mərkəzin fəaliyyətinin istiqamətləndirilməsini, onun fəaliyyətinə ümumi nəzarəti Mərkəzin

Himayəçilik Şurası (bundan sonra – Şura) həyata keçirir.

5.2. Şura sədr (eyni səlahiyyətli həmsədr), sədr müavini və digər Şura üzvlərindən ibarət olmaqla, on bir nəfərlik tərkibdə təşkil edilir.

5.3. Mərkəzin icraçı direktoru vəzifəsinə görə Şura sədrinin müavinidir. Şuranın digər üzvləri

Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunur.

5.4. Şuranın sədri və eyni səlahiyyətli həmsədri Şuranın iclasında Şuranın üzvləri sırasından seçilir.

5.5. Şuranın sədr müavini istisna olmaqla, Şura üzvlərinin səlahiyyət müddəti 4 ildir.

5.6. Şuranın üzvləri Şuranın işində ictimai əsaslarla fəaliyyət göstərir.

5.7. Şuranın iclasları üç ayda bir dəfədən az olmayaraq keçirilir. Şuranın növbədənkənar iclasları Şura üzvlərinin yarıdan çoxunun, Şura sədrinin və ya Mərkəzin icraçı direktorunun təşəbbüsü ilə keçirilə bilər.

5.8. Şuranın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. Şuranın qərarları açıq səsvermə yolu ilə iclasda iştirak edən Şura üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda Şura sədrinin səsi həlledici sayılır.

5.9. Şura:

5.9.1. Mərkəzin fəaliyyətinin ümumi istiqamətlərini müəyyən edir;

5.9.2. Mərkəzin cari fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir, onun fəaliyyətinin təkmilləş- dirilməsinə yönəldilmiş təkliflər hazırlayır və Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

5.9.3. Mərkəzin fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğuna,

vəsaitinin formalaşmasına və xərclənməsinə ümumi nəzarəti həyata keçirir;

5.9.4. Mərkəzə əlavə vəsait cəlb edilməsinin strategiyasını hazırlayır və həyata keçirilməsinənəzarət edir;

5.9.5. Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun layihə və tədbirlərin həyata keçirilməsi üçün dəs- təyin yönəldilməsi daha məqsədəuyğun hesab edilən sahələr barədə təkliflərini Mərkəzin icraçı direk- toruna təqdim edir;

5.9.6. Mərkəzin icraçı direktorunun təqdimatına əsasən Mərkəzin illik xərclər smetasının layihəsinə rəy verir;

5.9.7. Mərkəzin icraçı direktorunun təqdimatına əsasən Mərkəzin vəsaitindən istifadənin əsas istiqamətlərini təsdiq edir və Mərkəzin balansına baxır;

5.9.8. Mərkəzin vəsaitindən istifadə edilməsi ilə bağlı Mərkəzin icraçı direktorunun illik hesabatlarına baxır və rəy verir;

5.9.9. məqsədinə uyğun digər vəzifələri yerinə yetirir.

5.10. Şura üzvləri aşağıdakı hüquqlara malikdir:

5.10.1. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək;

5.10.2. Şuranın iclasının gündəliyi və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olmaq;

5.10.3. Şurada qəbul ediləcək qərarlara dair fikir söyləmək;

5.10.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxılması barədə təkliflər vermək;

5.10.5. Şuranın qərarları, iclaslarının protokolları və digər sənədləri ilə tanış olmaq.

5.11. Şura üzvləri:

5.11.1. Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı;

5.11.2. Şuranın iclaslarını üzrsüz səbəbdən buraxmamalı;

5.11.3. Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidir.

5.12. Şuranın sədri:

5.12.1. Şuranın işini təşkil edir;

5.12.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslarını çağırır və iclaslarında sədrlik

5.12.3. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirləri həyata keçirir.

5.13. Şura sədri vəzifələrini icra edə bilmədikdə onun səlahiyyətlərini Şura sədrinin müavini həyata keçirir.

5.14. Şuranın hər bir üzvü Şuranın iclasında baxılan məsələlər üzrə şəxsi maraqlarına toxunan, habelə onun qərəzliliyinə əsas verə bilən hallar olduqda Şuranı məlumatlandırmalı və qərarların qəbul edilməsində iştirak etməməlidir.

5.15. Şura üzvünün (Şuranın sədr müavini istisna olmaqla) səlahiyyətlərinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilə bilər:

5.15.1. öz arzusu ilə Şura üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;

5.15.2. Şura üzvünün bu Nizamnamədə nəzərdə tutulmuş tələblərə uyğunsuzluğu aşkar edildikdə;

5.15.3. səhhətinə görə vəzifələrini altı aydan artıq müddətdə yerinə yetirə bilmədikdə;

5.15.4. ardıcıl olaraq dörd dəfə üzrsüz səbəbdən Şuranın iclaslarında iştirak etmədikdə;

5.15.5. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəy- yən edildikdə;

6.15.6. barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verildikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məh- kəmə qərarı olduqda;

5.15.7. Şura üzvünün adına xələl gətirən hərəkətlərə yol verdikdə.

5.16. Səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş Şura üzvünün (Şuranın sədr müavini istisna olmaqla) yerinə yeni üzv onun səlahiyyət müddətinin qalmış hissəsinə bu Nizamnamədə nəzərdə tutul- muş qaydada təyin edilir.

 

  1. Mərkəzin fəaliyyətinin təşkili

 

6.1. Mərkəzin icraçı direktoru Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və əzifədən azad edilir.

6.2. Mərkəzin icraçı direktoru:

6.2.1. Mərkəzin cari fəaliyyətinə rəhbərlik edir və Mərkəzi təmsil edir;

6.2.2. Mərkəzin strukturunu Şura ilə razılaşdırmaqla təsdiq edir;

6.2.3. Mərkəzin illik fəaliyyət planını Şura ilə razılaşdırmaqla təsdiq edir;

6.2.4. Mərkəzin maliyyə vəsaiti də daxil olmaqla əmlakını idarə edir, Mərkəz adından qanuni mü- qavilələr bağlayır, səlahiyyətləri çərçivəsində əmrlər, sərəncamlar və göstərişlər verir, onların icrasına nəzarəti həyata keçirir;

6.2.5. işçiləri müqavilə əsasında işə qəbul edir, işdən azad edir, onlar barəsində həvəsləndirmə və qanuna uyğun intizam tənbehi tədbirləri tətbiq edir;

6.2.6. Mərkəzin daxili intizam qaydalarını, əməkdaşların davranış kodeksini təsdiq edir;

6.2.7. Mərkəzin xərclər smetasının layihəsini, vəsaitindən istifadənin əsas istiqamətlərinə dair təkliflərini şuuraya təqdim edir;

6.2.8. Mərkəz tərəfindən maliyyələşdirilən layihələrin və digər tədbirlərin icra vəziyyətinə nəza- rəti həyata keçirir;

6.2.9. Mərkəzin vəsaitinin istifadə olunması vəziyyəti barədə illik hesabat hazırlayır, Şuranın müvafiq rəyi ilə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

6.2.10. Mərkəzin kargüzarlıq işlərini təşkil edir;

6.2.11. öz səlahiyyətləri daxilində Şuranın qəbul etdiyi qərarların icrası ilə əlaqədar müvafiq

tədbirlər görür;

6.2.12. Şuranın iclaslarında qəbul olunmuş qərarlar haqqında ictimaiyyəti məlumatlandırır;

6.2.13. Mərkəzin illik fəaliyyətini əks etdirən materialların mətbuatda dərc olunmasını təmin edir;

6.2.14. bu Nizamnaməyə müvafiq olaraq digər səlahiyyətləri həyata keçirir.

6.3. Mərkəzin xərclər smetasını və ştat cədvəlini, işçilərinin say həddini, icraçı direktorunun və işçilərinin aylıq vəzifə maaşlarını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

 

  1. Mərkəzin yenidən təşkili və ləğvi

 

7.1. Mərkəzin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata

keçirilir.

7.2. Mərkəz ləğv edildikdə onun əmlakına Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun

olaraq sərəncam verilir.

 

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 may 2014-cü il.