Himayəçilik Şurasının Sədri

 

Kamal Mehdi oğlu Abdullayev

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, əməkdar elm xadimi, AMEA-nin həqiqi üzvü, Azərbaycan Yaradıcılıq Fondunun sədri, yazıçı, alim, ictimai xadimdir. Türk Dil Qurumunun həqiqi fəxri üzvü, Ukrayna Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü (akademiki), Rus PEN- klubunun üzvü, Moskva Şəhər Pedaqoji Universiteti (Rusiya Fede- rasiyası) və Poltava İqtisadiyyat və Ticarət Universitetinin (Ukrayna) fəxri doktorudur.

 

 

 

Himayəçilik Şurasının üzvləri

 

Əliyeva Leyla İlham qızı

Heydər Əliyev Fondunun vitse-prezidenti, Heydər Əliyev Fondu- nun Rusiya filialının rəhbəri, Moskvada nəşr olunan “Баку” jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqə- ləndiricisi, “Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq” İctimai Birliyinin təsisçisidir.

 

 

 

 

 

Akif Ağamehdi oğlu Əlizadə

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, AMEA-nin Geologiya İnstitutunun direktoru, AMEA-nin həqiqi üzvü, geologiya- mineralogiya elmləri doktorudur, Azərbaycan Geoloqlarının Milli Komitəsinin prezidenti, Qafqaz regional idarələrarası stratiqrafik ko- missiyasının sədri, əməkdar elm xadimi, Azərbaycan Dövlət Mükafatı laureatıdır.

 

 

 

 

 

 

 

Firəngiz Əliağa qızı Əlizadə

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, professor, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədridir.

 

 

 

 

 

 

 

 

 

 

 

Eldar Quliyev

Azərbaycan kinorejissoru, ssenari müəllifi, aktyor, filmlərin bədii rəhbəri, Respublika Dövlət mükafatı laureatı, Azərbaycanın xalq artisti, “Debüt” studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin kino kafedrasının professorudur.

 

 

 

 

 

 

 

 

 

Salahov Tahir Teymur oğlu

Azərbaycanın görkəmli rəssamı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ
və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı.

 

 

 

 

 

 

 

 

 

 

 

Aleksandr Şarovski

Azərbaycan aktyoru, Səməd Vurğun adına Rus Dram Teatrının baş rejissoru,1988-ci ildə “Əməkdar artist”, 1999-cu ildə “Xalq artisti” fəxri adlarına layiq görülmüşdür.

 

 

 

 

 

 

 

 

 

 

Mixail Zabelin

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan
Partiyası İdarə Heyətinin üzvü, Azərbaycanın Rus İcmasının sədri.

 

 

 

 

 

 

 

Əbdüləziz bin Osman əl-Tüveycri

İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO)
baş direktoru, İslam Dünyası Universitetləri Federasiyasının (FUİW) baş katibi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü.

 

 

 

 

 

 

 

 

Koiçiro Matsuro

UNESCO-nun (1999-2009) səkkizinci baş direktoru, diplomat.