“Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə yardım ilə“ Quba rayonu  Rəziyələr kəndinin sosial infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlərin aparılması” layihəsinin icrasına başlayıb.

Layihənin mahiyyəti bir qrup kənd əhalisinin şirin su ilə təmin olunmasıdır. Layihə, su xəttinin çəkilməsi üçün tələb olunan boruların və digər mal-materialların alınmasından, çatdırılmasından və su xəttinin əhali tərəfindən çəkilməsinə nəzarətdən bəhs edir.