Almaniya mətbuatında “Azərbaycandan öyrənmək. Multikulturalizm ümumi tətqiqat sahəsidir” adlı məqalə dərc olunub.

Həmin məqalənin tərcüməsin sizlərə təqdim edirik.

 img_fb_fallback

AZƏRBAYCANDAN ÖYRƏNMƏK

Multikulturalizm ümumi tətqiqat sahəsidir

Azərbaycanda milli azlıq siyasəti dövlət proqramıdır. Qafqaz dövlətləri, onların çoxlu sayda dil qrupları və dinləri ilə bağlı iş hal-hazırda Auqsburq Universitetinin filologiya və tarix fakültəsində kurs kimi təqdim olunur. Professor Klaus Wolf növbəti semestrdə rəsmi Bakının dövlət proqramının təqdimatından sonra Almaniyada milli azlıq siyasəti, xüsusi ilə İslam dinin Almaniya hüquq sisteminə inteqrasiyası məsələsini diqqətə alan “Multikulturalizm” seminarı təşkil etməyi planlaşdırır. Alman ədəbiyyatı və dili professoru qeyd etdi ki, ”Biz universitetin mədəniyyətlərarası tədqiqatlarını birləşdirmək və onları interdisiplinar səkildə təşkil etmək istəyirik.

O, “Bakı-Auqsburq interdisiplinar kollokvium”da yeni birgə fəaliyyəti təqdim etdi. Auqsburq Universiteti alman universitetləri arasında birincidir ki, digər yeddi Avropa universitetləri ilə yanaşı “Azərbaycan multikulturalizmi” fənni tədris olunacaqdır.2014-cü ildən Azərbaycan Respublikasının Prezidentinin Dövlət Müşaviri vəzifəsində çalışan Akademik Kamal Abdullayev kollokviuma gəldi və Prezident İlham Əliyevin layihəyə verdiyi önəmdən danışdı.

Cənab Abdullayev “multikulturalizm Almaniyada və Böyük Britaniyada iflasa uğrayıb” deyən Avropa liderlərinə xatırlatdı ki, “Siz Bakıdan bütün dinlərin dövlət tərəfindən necə bərabərhüquqlu qorunduğunu öyrənə bilərsiniz. Bu milli azlıqların identikliyini möhkəmləndirir və sülhə təminat verir. ”Gərginliklərin çox olduğu Qafqaz dövlətində bu mövzu dövlət təhlükəsizliyinin mühüm bir hissəsidir. Əliyev özü ötən il yalnız dövlət müşaviri təyin etməyib, həmçinin “Mədəniyyətlərarası dialoqu” reallaşdırmaq üçün iyirmi birinci əsrin tələblərinə uyğun olaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzini də yaratdı. Yeni yaradılmış İnstitutunun direktoru Azad Məmmədov Auqsburq şəhərində qeyd etdi ki, “Biz festivallar, tədqiqatlar və beynəlxalq tələbə mübadiləsi həyata keçirməklə dünyada olan müxtəlif azlıqların Bakının nümunəsində necə harmonik birgə yaşamasının mümkünlüyünü göstərəcəyik.

Ulrike Ayzenhut multikulturalizmi ədəbi nöqteyi-nəzərdən analiz etdi. O, Lev Nussimbaumun “Əli və Nino” romanı ilə Əminə Sevgi Özdamarın “Anadili” romanının şəxsləri və dili bağlı tərəddüdlərdən danışdı. Nussimbaum Azərbaycan yəhudisi idi və alman- dilini Bakıda öyrənmişdi.1922-ci ildə Parisə miqrasiya etmiş, 1930-cu illərdə Berlində Şərqşünaslıq oxumuş və islamı qəbul etmişdir. O, Nasional Sosialist Fəhlə Partiyası tərəfindən təqib olunmuş, həmin vaxta “Əli və Nino” romanını Qurban Səid təxəllüsü ilə yazmışdır.

Həmçinin burada da (Auqsburqda) hər iki ayağı müxtəlif mədəniyyətlərdə dayanan müəlliflər də yaşayır. Ədəbiyyatçı alim Ulrike Şvarts Auqsburqlu Serkan Erol, Fikrət Yakaboylu, İbrahim Qaya və Əli Şanlı Hizalın yaradıcılığını və bioqrafiyasını təqdim etdi.