oleq kuznetsovRusiyalı alim, tarixçi Oleq Kuznetsov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımının tanınması üçün petisiya hazırlayıb. Petisiya Rusiya Federasiyası Dövlət Dumasına və Federasiya Şurasına ünvanlanıb. Petisiyada deyilir:
“25 il əvvəl, 1992-ci ildə, fevralın 25-dən 26-na keçən gecə, Dağlıq Qarabağdakı erməni separatçılarının “Arabo” qanunsuz silahlı qruplaşmalarının yaraqlıları Livan vətəndaşı Navel Yegizaryanın komandanlığı və MDB Birləşmiş silahlı qüvvələrinin 366-cı motoatıcı diviziyasının Seyran Ohanyanın (2008-2016-cı illərdə Ermənistan Respublikasının müdafiə naziri olub) başçılıq etdiyi 2-ci batolyonundan olan hərbçiləri olan erməni qiyamçıların dəstəyi ilə Azərbaycanın Xocalı şəhərinə hücum ediblər və orada dinc sakinlərin kütləvi qırğınını törədiblər. Bu barədə əmri isə Ermənistan respublikasının indiki prezidenti, o zamanlar isə – “özünümüdafiə dəstələri komitəsinin sədri”, yəni Dağlıq qarabağdakı erməni separatçılarının bütün qanunsuz silahlı dəstələrinin qərargah rəisi Serj Sarkisyan şəxsən verib.
Transmilli erməni terrorçuluğunun bu cinayəti nəticəsində 613 nəfər insan (o cümlədən, yolda donanlar) həlak olub, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl idi, 56 nəfər xüsusi amansızlıqla qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib. 487 nəfər, o cümlədən 76 uşaq yaralanıb. 150 nəfər itkin düşüb. 1275 nəfər əsir düşüb. 5379 insan daimi yaşayış yerindən qovulub.
Meksika, Türkiyə, Kolumbiya, Qvatemala, Peru, İordaniya, Honduras, Cibuti parlamentləri Xocalıda törədilən tranmilli erməni cinayəti faktını Azərbaycan xalqının soyqırımı, Pakistan, Sudan, İsrail parlamentləri, həmçinin İslam Konfransı Ölkələri Təşkilatının Parlament Assosiasiyası bəşəriyyətə qarşı cinayət kimi tanıyıblar.
Rusiya Federasiyasının Federasiya Şurasının Dövlət Duması deputatlarını, özlərinin xaricdəki həmkarları kimi, erməni terrorçuların 1992-ci ildə, fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində törətdikləri ciyanəti soyqırımı (bəşəriyyətə qarşı cinayət) kimi tanımağa çağırırıq”.

https://goo.gl/IA03ys