AZƏRBAYCANIN GƏNC DOSTLARI KLUBU

 ketrin berqer (1)

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin www.youngfriends.az saytına istinadən Birliyin üzvü-Çexiyanın Karlov Universitetinin tələbəsi Katerine Bergerin  ölkəmiz haqqında təəssüratlarını, Azərbaycan multikulturalizmi modeli ilə bağlı fikirlərini təqdim edir.

Xatırladaq ki, “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyi 2016-cı ilin yayında BBMM-in və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən və 16 ölkədən 50-dən çox tələbənin qatıldığı “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbi layihəsi çərçivəsində Litva Pedaqoji Universitetinin magistrantı Salomeya Lukaite və Yunanıstan Afina Universitetinin tələbəsi Dimitrios Asproulisin təşəbbüsü ilə yaradılıb. Birliyin üzvlüyündə Azərbaycan multikulturalizminin ölkəmizə qazandırdığı xarici gənclər və ziyalılardan ibarət dostlar  təmsil olunur. Birlik ətrafına Azərbaycansevərləri toplayaraq əhatə dairəsini  günü-gündən genişləndirir. Birliyin üzvləri Azərbaycanın multikulturalizm modeli, mədəniyyəti, tarixi- bütövlükdə haqq işinin dəstəklənməsi və Azərbaycan həqiqətlərinin  beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində yeni  töhfələr verir.

Katerine Berger: “Mən həmişə düşünmüşəm ki, həyat təcrübəsi biliyi genişləndirməyin ən yaxşı vasitəsidir. Azərbaycana səfərim zamanı mənə bu düşüncələr hakim idi. İndiyədək “Azərbaycan multikulturalizmi” fənnində öyrəndiyim biliklərimi bu yaşam tərzinə əyani şahid olub dərinləşdirəcəkdim.

Azərbaycanda hər şey xoşuma gəldi- arxitektura, təbiət, xüsusilə də insanlar-  o qədər qonaqpərvər, dostcanlıdırlar ki. Çexiyada insanlar daha qapalıdır.

Hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq mulıtikulturalizm yay və qış məktəblərinin mütəmadi təşkili üçün qayğı göstərməsi, şərait yaratması  gənclər üçün, onların yeni əlaqələr qurması və dostlaşması üçün çox vacibdir.

Beynəlxalq multikulturalizm yay və qış məktəbləri dövründə proqramda əksini tapan səfərlər və mühazirələr vasitəsilə dünyanın müxtəlif xarici ölkələrindən gələn gənclərin bu gözəl ölkənin mədəniyyəti, ənənələri, tarixi, memarlığı və ən əsası Azərbaycan multikulutralizmi modeli ilə bağlı təsəvvürləri zənginləşir. Azərbaycanın bölgələrinə səfərlər zamanı fərqli dinlərə etiqad edənlərin,  müxtəlif etnik mənsubiyyətə mənsub insanların arasında qarşılıqlı hörmət və dialoqun olmasına şahid oldum. Halbuki digər ölkələrdə bəzən buna çətin rast gəlinir. Çexiyayla müqayisə etsək, mənim ölkəmdə multikulturalizm ideyaları Azərbaycandakı qədər geniş yayılmayıb.

Düşünürəm ki, gənc nəsillər ksenofobiya, irqçilik, dini və etnik ayrı-seçkilik ilə bağlı problemləri çözmək, bunların öhdəsindən gəlmək üçün tolerant və multikultural olmağın yollarını öyrənməlidir. Bu isə beynəlxalq multikulutralizm yay və qış məktəbləri vasitəsi ilə mümkündür. Azərbaycanın multikulturalizm modeli analoji problemlərin həlli istiqamətində ən yaxşı nümunədir.

Bizim vəzifəmiz budur ki, insanlara izah edək ki, fərqli olandan qorxmaq lazım deyil. Bütün dünyada mədəni müxtəlifliyi Azərbaycanda olduğu kimi qiymətləndirmək və qorumaq lazımdır.  Azərbaycanın multikulturalizm modeli  öyrənilməyə  və paylaşılmağa layiq dəyərli örnəkdir. Ölkədə öz gözümlə şahid olduğum etnik-dini müxtəlifliyi əks etdirən gerçəkliklər və multikulturalizmin həyat tərzi olması heyrətamizdir.  Məhz buna görə Çexiyaya qayıdanda ailəmə, dostlarıma və tanışlarıma Azərbaycan haqqında danışmaqdan yorulmurdum.

“Azərbaycanın Gənc Dostları Klubu”nun  yarandığını eşidəndə mən də ilk üzvlərdən oldum.  Klubun sıralarının tezliklə genişlənib sosial baza toplaması mənim üçün gözlənilməz xəbər olmadı. Çünki Azərbaycanda yay məktəbində iştirak etdiyim müddətdə  müxtəlif xarici ölkələrdən olan gənclərin bu ölkəyə olan dost münasibətinin dəfələrlə şahidi oldum. Azərbaycana gəlib buradakı qonaqpərvərliyi, humanizmi, tolerant əhval –ruhiyyəni, multikultural durumu öz gözləri ilə görən hər kəsuin bu ölkəni, bu mehriban xalqı sevməsi təbii haldır.

Bizimlə görüşlərinin birində Azərbaycanın Dövlət müşaviri, akademik Kamal Abdullanın dediyi bir fikir yadımdan çıxmır. Akademik bildirdi ki, Azərbaycan multikulturalizminin əsas xüsusiyyyəti özündən fərqli olana sevgi, hörmət və şəfqət göstərməsidir. Bu sadalananlar çox vacib amillərdir. Düşünürəm ki, məhz bu amilləri özündə ehtiva elədiyinə və multikulturalizmi həyat tərzinə çevirdiyinə görə Azərbaycanın dostları  getdikcə çoxalır və yaxın gələcəkdə  onların sayının daha da artacağına  inanıram”.