Безымянный

Bugünlərdə ABŞ-ın “Eurasia review- təhlil və xəbərlər jurnalı”nda və “Foreign policy news” xəbər saytında amerikalı siyasi analitik və araşdırmaçı jurnalist, “Azərbaycan Gənc Dostları Klubu” İctimai Birliyinin İdarə Heyətinin fəxri üzvü Peter Teysin  Azərbaycanın multikulturalizm modeli haqqında məqaləsi dərs olunub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yazının tam mətninin tərcüməsini oxuculara təqdim edir.   

 

Multikulturalizmin Azərbaycan modeli

2016-cı ilin iyul ayında, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən təşkil olunan yay məktəbində mühazirə ilə çıxış etmək üçün Azərbaycandan dəvət aldım. Mühazirəmin mövzusunu ABŞ və Paraqvayın mədəni müxtəlifliyi mövzusuna həsr eləmişdim. Mövzu Avropa və Asiyanın 15 ölkəsindən gələn gənc tələbələrin böyük marağına səbəb oldu.

Daha sonra bu gənc tələbələrin təşəbbüsü ilə beynəlxalq multikulturalizm yay məktəbi çərçivəsində, “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyi yaradıldı. Bu təşkilat  hazırda Dimitrios Asproulis (Yunanıstan) və Salomeja Lukaitenin  (Litva) həmsədrliyi və 100-dən çox üzvü ilə (Türkiyə, Almaniya, Çexiya, Polşa, İndoneziya, Gürcüstan, Qırğızıstan, İtaliya, İsveçrə, Azərbaycan, ABŞ, Misir, Yəmən ) aktiv fəaliyyət göstərir. Bu iki gənc lider Azərbaycan cəmiyyətində multikulturalizmin rolunun, eyni zamanda başqa mədəniyyətlər tərəfindən öyrənilməsinin və örnək kimi seçilməsinin təbliği istiqamətində beynəlxalq konfranslar keçirməyi planlaşdırırlar. Dimitrios və Salomeja öz ölkələrində sülhün və dayanıqlığın təşviq olunmasına dair müxtəlif  tədbirlər təşkil edirlər. Təbii ki, bütün bunlar akademik Kamal Abdulla və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə səyi nəticəsində ərsəyə gəlib.

Prezident cənab İlham Əliyevin Azərbaycanın multikulturalizm siyasətinin dünyaya nümunə olaraq təklif olunması ideyası hazırda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla tərəfindən uğurla həyata keçirilir.

Akademik Kamal Abdulla tanınmış Azərbaycan yazıçısı və alimidir. Onun linqvistika, mədəniyyətşünaslıq və mifologiya üzrə yazıları, eləcə də esse, roman  və hekayələri bir çox dünya dillərinə tərcümə olunub  və geniş oxucu kütləsi toplayıb. Bundan əlavə, Dövlət müşaviri Kamal Abdulla 14 il ərzində Bakı Slavyan Universitetinin rektoru olaraq çalışıb.  Onun rəhbərliyi dövründə Azərbaycanın ali təhsil müəssisəsi böyük yüksəliş dövrünü yaşayıb.

Kamal Abdullanın rəhbərliyi altında Bakı Slavyan Universiteti Azərbaycan və dünya üçün fəxr edilə biləcək uğurlara imza atıb. Bu işlərə rus, Azərbaycan, ingilis, fransız, alman ədəbiyyatı üzrə filologiya fakultəsinin,  rus dili və ədəbiyyatının orta və ali təhsil müəssisələri üçün pedaqoji fakultənin, Azərbaycan, Rusiya, Polşa, Ukrayna, Bolqarıstan, Çex Respublikası, Türkiyə, Yunanıstan üzrə ekspertlərin iştirakı ilə Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin  müxtəlif dillər üzrə tərcümə fakultəsinin (Rus-Azərbaycan, İngilis, polyak, Ukrayna, İngilis-Bolqar, Çex, İngilis-Yunan), eyni zamanda fakultə və Universitet heyəti üçün yeni pedaqoji fəaliyyətin davamlı treninqlərini yaradılmasını və uğurlu fəaliyyətinin təmin edilməsini nümunə kimi göstərə bilərik.

2000-ci ildə BSU-da Fəxri doktor adı yaradılıb.  Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Moskva və Ümumi Rusiyanın Patriarxı II Aleksi, Ukrayna Ali Radasının sədri İvan Plyuş, Rusiya Federasiyasi Federal Məclisi Federasiya Şurasinin sədri Sergey Mironov, Bolqarıstan Respublikasının prezidenti Jelyu Jelev (1990–1997) və Bolqarıstan Respublikasının prezidenti (2002-2012) Georgi Pırvanov, Yunanistan Respublikasının prezidenti (1995-2005) Konstantinos Stefanopulos, Ukrayna Respublikasının prezidenti (2004-2010) Viktor Yuşşenko və Polşa Respublikasının prezidenti (2005-2010) Lex Kaçinski BSU-nun fəxri doktorlarıdır.

Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin güclü dəstəyi ilə təmin edilmiş bütün bu nailiyyətlər, akademik Kamal Abdullayevin uzaqgörən rəhbərliyi  ilə həyata keçirilib.

Dünyada artan qlobal qeyri-sabitlik fonunda Azərbaycanda müxtəlif dinlərin və millətlərin birgə yaşaması əsasında qurulmuş multikulturalizm və tolerantlıq hər kəs üçün bir örnəkdir. Azərbaycan  multikulturalizm ideyasını gələcəkdə bəşəriyyətin inkişafı üçün yeganə yol hesab edir. Çünki, hazırkı qloballaşma, məlumat mübadiləsi və ümumi inteqrasiya proseslərinin özünü təcrid etmədə, aktiv rol oynaması dəhşətli bir haldır.

Müasir dünyada ən önəmli məsələlərdən biri olan mədəniyyətlərarası dialoqu nəzərə alaraq, Azərbaycan 2011-ci ildən başlayaraq Bakıda iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edir.

Azərbaycanda 2016-ci ilin 25-27 aprel tarixlərində BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilib. BMT-nin tribunasından istifadə edərək, Azərbaycan bir daha öz multikulturalizm ənənələrini göstərib, dünya ölkələrini mədəniyyətlərarası tolerantlıq və sivilizasiyalararası dialoqa hörmət etməyə çağırıb. Bütün bunların davamı olaraq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi  yay /qış məktəbləri və “Azərbaycanın Gənc Dostları Klubu” vasitəsi ilə, mədəniyyətlərarası dialoqun, sülh və stabilliyin təmin olunmasına, eləcə də Azərbaycanın multikultural dəyərlərinin təşviqinə, gələcək dünya liderlərinin maarifləndirilməsi və millətlərarası əməkdaşlığın möhkəmləndirilməsinə davam edəcəkdir.

http://www.eurasiareview.com/03112016-azerbaijani-model-of-multiculturalism-oped/

http://foreignpolicynews.org/2016/11/02/azerbaijani-model-multiculturalism/