Hərbi Məktəb-fotoBakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Azərbaycan Multikulturalizmi” mövzusunda səyyar mühazirələrini davam etdirir. Bu qəbildən növbəti mühazirə martın 18-də Ali Hərbi Məktəbdə baş tutub.
Akademiyanın professor-müəllim heyəti və müdavimlərinin iştirak etdiyi tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Analitika şöbəsinin baş məsləhətçisi, tarix üzrə fəlsəfə doktoru Rəşad İlyasov olkəmizdə multikulturalizmin çağdaş tarixi-siyasi reallıqları barədə danışıb. Mərkəzin əməkdaşı multikulturalizmin müasir cəmiyyətlərin ideya-siyasi, sosial- mədəni və digər aspektlərdə tərəqqisini təmin edən aktual sahə olduğunu bildirib. Natiq qeyd edib ki, multikulturalizmi başlıca siyasi prioritetlərindən birinə çevirən Azərbaycan dövləti ölkəmizdə tarixən formalaşan çoxmədəniyyətlilik situasiyasının dayanıqlığını təmin etməklə yanaşı, bunun dünya siyasətinə dəyərli bit töhfə olaraq təqdim edilməsi isitiqamətində xeyli əhəmiyyətli təşəbbüslər irəli sürür.
Bildirək ki, “Azərbaycan Multikulturalizmi” proqramı bu ilin əvvəlində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilib.
Mühazirə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ölkəmizin müxtəlif bölgələrində il boyu davam edəcək “Azərbaycan Multikulturalizmi: səyyar dərslər” layihəsi çərçivəsində həyata keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidməti
19 mart 2015-ci il